Ayxan Abbasovla Saşa İliç arasında QALMAQAL - Meydandan QOVULDULAR - VİDEO
Azərbaycan Premyer Liqasının 13-cü turunda keçirilən “Şamaxı” - “Sumqayıt” matçının sonlarında ara qarışıb.
Ajans.az xəbər verir ki, qonaqların bərabərlik qolundan sonra “Sumqayıt”ın baş məşqçisi Saşa İliç meydan sahiblərinin məşqçilər korpusuna tərəf qaçaraq qeyri - etik jest edib.
Buna etiraz edən Ayxan Abbasov isə onun üstünə hücum çəkib.
Oyunun baş hakimi Tural Qurbanov hər iki mütəxəssisə qırmızı vərəqə göstərib, meydandan qovub.
View this post on Instagram
Mövzular: