Elza Seyidcahan “viruslardan qoruyan papaq”la efirə çıxdı
Tanınmış müğənni və sənətkar Elza Seyidcahan bu həftə “Cümə Axşamı” şousunda çıxışı ilə sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Ajans.az xəbər verir ki,səhnəyə qeyri-adi papaqla gələn sənətçi özünəməxsus üslubunda danışaraq obrazını “kosmosdan düşmüş” kimi təqdim edib.
Elza Seyidcahan zarafatla bildirib ki, guya raketlə enib, buludlardan düşüb və buna ev sahibinin xəbərinin olmadığını vurğulayıb. O, efirdəki papağın “dəbil qədr” adlandığını deyərək bunun “viruslardan qorunmaq üçün xüsusi model” olduğunu söyləyib.
Sənətçi vurğulayıb ki, son günlər “sənət aləmində dolaşan viruslardan qorunmaq üçün” belə papağı özü ilə daşıyır və başqa verilişlərə də bu şəkildə gedəcəyini bildirib.
Şou zamanı o, dəfələrlə “özünü qorumağın vacibliyini” qeyd edərək tamaşaçılara da zarafatla “kosmosdan özünüzə belə papaq gətirdin” deyə səslənib.
Посмотреть эту публикацию в Instagram