Kəlbəcərdə yanğınla mübarizə davam edir - YENİLƏNİB
Kəlbəcər rayonu Qalaboynu, Qaraxançallı, Şəkaram və Çovdar kəndləri ərazisində açıq örüş-otlaq sahələrində yanğınla bağlı Kəlbəcər Polis Şöbəsinin əməkdaşları əraziyə cəlb olunublar.
Bu barədə Ajans.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, yanğın zonasının nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
22:02
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu, Qalaboynu kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Ajans.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Havanın küləkli olması və relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirsə də, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.