Reklam resmi
Reklam resmi

Qonşu ölkədə DƏHŞƏTLİ partlayış: Bənövşəyi tüstü buludu yarandı

Qonşu ölkədə DƏHŞƏTLİ partlayış: Bənövşəyi tüstü buludu yarandı
Dünya

Rusiyanın Orenburq bölgəsindəki raket bazasında partlayış baş verib. Səmada bənövşəyi tüstü buludu yaranıb.

Ajans.az xəbər verir ki, bu barədə "ArbatMedia" məlumat yayıb.

Yasnı şəhərinin sakinləri partlayışı raketin buraxılışı zamanı baş verən qəza ilə əlaqələndiriblər. Şahidlərin sözlərinə görə, raket havada parçalanıb.

Vahid Dispetçer Xidməti təxliyəyə ehtiyac olmadığını bildirib. Qurum insanlar üçün heç bir təhlükə olmadığını bəyan edib.

Qeyd edək ki, Yasnı şəhəri Rusiyada strateji raket qüvvələri bazasının yerləşdiyi azsaylı yerlərdən biridir. Buradan nüvə başlığı daşıya bilən raketlər də daxil olmaqla, uzunmənzilli raketlərin buraxılışı həyata keçirilə bilər.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Rusiya Orenburq

Digər Xəbərlər