Reklam resmi
Reklam resmi

Binəqədidəki yanğın söndürüldü

Binəqədidəki yanğın söndürüldü
Hadisə

Bakıda məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb.

Ajans.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Baksol yolunda məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub və yanğın söndürülüb.

Mövzular:
yanğın Binəqədi

Digər Xəbərlər