Reklam resmi
Reklam resmi

Rumıniyanın Müdafiə Naziri istefa verdi

Rumıniyanın Müdafiə Naziri istefa verdi
Dünya

Rumıniyanın Milli Müdafiə Naziri İonuț Moșteanu ali təhsili ilə bağlı qalmaqal fonunda istefa verib.

Ajans.az xəbər verir ki,Nazir açıqlamasında bildirib:

“Təhsilim və illər əvvəl etdiyim səhvlər barədə müzakirələrin ölkəyə rəhbərlik edənlərin diqqətini yayındırmasını istəmirəm”, — deyə Moșteanu Digi24 telekanalına açıqlamasında qeyd edib.

Qalmaqal nazirin rəsmi tərcümeyi-halında universitetdən məzun olduğu göstərildikdən sonra başlayıb. Lakin universitet Moșteanu-nun orada oxuduğunu təkzib edib. Nazir daha sonra başqa bir təhsil müəssisəsindən diplomunun fotosunu paylaşaraq əvvəlki məlumatı səhv kimi göstərib. Bu isə yenə də suallar yaradıb, çünki ikinci universitet nazirin orada yalnız 2015-ci ilin payızında buraxılış imtahanlarını verdiyini açıqlayıb.

Televiziya kanalının məlumatına görə, Moșteanu milli reytinqdə sonuncu olan özəl universitetdən diplomatik mühəndislik dərəcəsi ilə məzun olub və diplomunu təhsilinə başlamasından 16 il sonra alıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rumıniya İonuț Moșteanu

Digər Xəbərlər