Trampdan müxbirə kəskin reaksiya verdi
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə baş verən hücumla bağlı müxbirin sualına sərt cavab verib.
Ajans.az Associated Press-ə istinadən xəbər verir ki, sual Trampdan ABŞ-a girən əfqan əsilli şübhəlini keçmiş Bayden administrasiyasının necə ölkəyə buraxdığı ilə bağlı olub.
“Çünki onları içəri buraxdılar. Sən axmaqsan? Sən axmaq insansan? Onlar burada olmamalı olan minlərlə insanla birlikdə təyyarədə gəldilər”, — deyə Tramp cavab verib. O, müxbirin soruşduğu sualı “Sən sadəcə axmaq insan olduğun üçün suallar verirsən” ifadəsi ilə dəqiqləşdirib.
Hadisə Şükranlıq Günündə, Trampın hərbi bazalara səfəri zamanı baş verib.
Mövzular: