Bakı məktəbində Şəhid Polkovnikin ANIM GÜNÜ KEÇİRİLDİ
28.11.2025-ci il tarixində Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən 270N-li tam orta məktəbdə 30.11.2021-ci il Qaraheybət aviasiya poliqonunda şəhidlik zirvəsinə ucalmış Şəhid Polkovnik Emil Nəzirovun həmin məktəbdə müəllim kimi çalışan qızı Leyla Nəzirlinin təşkilatçılığı ilə anım günü təşkil olunub.
Ajans.az xəbər verir ki, tədbirdə, 270N-li məktəbin rəhbər heyəti, şagird və müəllim kollektivi,şəhidin ailə üzvləri iştirak edib və burada Şəhidin xatirə guşəsi yaradılıb eyni zamanda onun həyatı, iştirak etdiyi müharibələr, aldığı medallar, ifa etdiyi mahnılar, əşyalarının qorunub saxlandığı muzeylər haqqında görüntülər təqdim edilib.



Mövzular: