Reklam resmi
Reklam resmi

Honkonqda təmir şirkəti yanğından əvvəl risk barədə məlumatlandırılmışdı

Honkonqda təmir şirkəti yanğından əvvəl risk barədə məlumatlandırılmışdı
Dünya

Honkonqda Wang Fuk Court yaşayış kompleksində təmir işlərini həyata keçirən podratçı şirkət baş verən böyük yanğından bir həftə əvvəl yanğın təhlükəsi ilə bağlı xəbərdarlıq alıb.

Ajans.az South China Morning Post-a istinadən xəbər verir ki, 2025-ci ilin iyul ayından etibarən Wang Fuk Court kompleksində 16 dəfə yoxlama aparılıb, onların ən sonuncusu isə 20 noyabrda gerçəkləşib. Jurnalistlərin məlumatına görə, yoxlamalara iskələlərin təhlükəsizlik standartlarına uyğunluğunun qiymətləndirilməsi də daxil olub.

Hesabatda qeyd olunur: “Bir həftədən az müddət əvvəl podratçıya müvafiq yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi xatırladılıb”.

Kompleksin keçmiş təhlükəsizlik meneceri mətbuata açıqlamasında işçilərin ictimai yerlərdə, o cümlədən iskələ üzərində işlədikləri zaman siqaret çəkdiklərini bildirib. O həmçinin qeyd edib ki, işçilərin yanğın çıxışlarından sərbəst şəkildə binaya daxil ola bilməsi üçün yanğın siqnalizasiya sistemi tez-tez söndürülürdü.

Noyabrın 26-da Honkonqun Tai Po rayonunda, təxminən 4000 sakinin yaşadığı yaşayış kompleksində bir neçə çoxmərtəbəli binada baş verən güclü yanğın son 17 ilin ən ağır yanğını kimi qiymətləndirilib və ən yüksək təhlükə səviyyəsi elan edilib. Yanğınsöndürənlər sakinlərin böyük hissəsini təxliyə edə biliblər.

Çin Prezidenti Si Cinpin yerli hakimiyyət orqanlarını zərərin minimuma endirilməsi üçün bütün mümkün tədbirləri görməyə çağırıb və yanğın qurbanlarının ailələrinə başsağlığı verib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Honkonq yanğın

Digər Xəbərlər