Reklam resmi
Reklam resmi

Qazaxıstanın Səhiyyə Naziri təyyarədə sərnişinə ilk tibbi yardım göstərib

Qazaxıstanın Səhiyyə Naziri təyyarədə sərnişinə ilk tibbi yardım göstərib
Dünya

Qazaxıstanın Səhiyyə Naziri Akmaral Alnazarova Astana-Almatı reysi zamanı xəstələnmiş sərnişinə ilk tibbi yardım göstərib.

Ajans.az xəbər verir ki,bu barədə sərnişinlərdən biri sosial mediada məlumat verib və hadisəni əks etdirən video paylaşıb.

Sosial media istifadəçisi yazıb ki, sərnişinlərdən biri xəstələndikdə qadın yaxınlaşıb onun təzyiqini ölçərək müvafiq yardımı göstərib. Stüardessanın köməkçisi qadına “Siz həkimsiniz?” deyə soruşduqda o sakitcə “Həkim” cavabını verib və yardımını davam etdirib.

Daha sonra məlum olub ki, təyyarədə sərnişinə yardım edən qadın Qazaxıstanın Səhiyyə Naziri Akmaral Alnazarova olub. Səhiyyə Nazirliyi videonun həqiqiliyini təsdiqləyib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Qazaxıstan Səhiyyə Naziri

Digər Xəbərlər