Reklam resmi
Reklam resmi

ABŞ-də atışmada şübhəli Əfqanıstanda ABŞ kəşfiyyatı ilə əməkdaşlıq edib

ABŞ-də atışmada şübhəli Əfqanıstanda ABŞ kəşfiyyatı ilə əməkdaşlıq edib
Dünya

Vaşinqtonda baş vermiş atışma ilə əlaqədar şübhəli şəxs əvvəllər Əfqanıstanda kəşfiyyat da daxil olmaqla, ABŞ-ın müxtəlif dövlət qurumlarında çalışıb.

Ajans.az xəbər verir ki,bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Fox News-a verdiyi müsahibədə bildirib.

Retkliffin sözlərinə görə, “Bayden administrasiyası iddia edilən hücumçunun ABŞ-a daxil olmasına icazə verməyi onun MKİ də daxil olmaqla, ABŞ hökuməti ilə keçmişdə etdiyi işlərə görə haqlı çıxarıb.”

ABŞ polisi atışma şübhəlisinin həbs olunduğunu və hadisəni təkbaşına törətdiyini təsdiqləyib.

Daha əvvəl ABŞ Gizli Xidmətinin sözçüsü Entoni Quqlielmi bildirib ki, hazırkı məlumata əsasən, atışma birbaşa Ağ Evə yönəldilməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Əfqanıstan

Digər Xəbərlər