Reklam resmi
Reklam resmi

Xankəndi şəhəri və Kərkicahanda ilk püşkatma KEÇİRİLİB

Xankəndi şəhəri və Kərkicahanda ilk püşkatma KEÇİRİLİB
Cəmiyyət

Bu gün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə köçəcəklərin seçimi məqsədilə ilk püşkatma mərasimi təşkil edilib. Tədbir Komitənin müəyyən etdiyi qaydalara uyğun olaraq şəffaflıq və ictimai nəzarət prinsipləri əsasında keçirilib.

Ajans.az-ın əldə etdiyi məlumata əsasən püşkatmada uzun illər məcburi köçkün statusunda yaşamış ailələrin mərhələli şəkildə doğma yurdlarına qayıdışının təmin edilməsi məqsədi daşıyan növbəti mərhələ həyata keçirilib. Komitənin nümayəndələri bildirib ki, püşkatmanın nəticələri yaxın günlərdə rəsmi şəkildə açıqlanacaq və seçilmiş ailələr köç prosesinin növbəti prosedurları barədə məlumatlandırılacaq.

Qeyd edilib ki, Xankəndi və Kərkicahan ərazilərində infrastrukturun bərpası və yaşayış şəraitinin təmin edilməsi istiqamətində işlər davam etdirilir. Püşkatma isə “Böyük Qayıdış” proqramı çərçivəsində əhalinin mərhələli şəkildə azad olunmuş ərazilərə köçürülməsinin növbəti addımı kimi qiymətləndirilir.

author picture
Zərif Sofiyeva
Mövzular:
Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi ilk püşkatma mərasimi

Digər Xəbərlər