Reklam resmi
Reklam resmi

"Xırdalanda dəmiryolunda gözə görünməz Tikinti icazəsi" - ARAŞDIRMA

\"Xırdalanda dəmiryolunda  gözə görünməz Tikinti icazəsi\" - ARAŞDIRMA
Cəmiyyət

Xırdalan Stansiyasının dəmir yolunun mühafizə zonasının tam mərkəzində peyda olan kafe tikintisi Abşeron sakinlərini heyrətə gətirib.

Ajans.az xəbər verir ki, rəsmi qaydalara əsasən, dəmir yolu ətrafında mismar belə çalmaq üçün icazə almaq çətin olduğu halda, nədənsə Xırdalanda kafe tikintisi “pərəstişkar dəstəyini” əldə edib. Sakinlər deyir ki, bu, artıq adi göz yummaq deyil, göz bağlamağın PRO versiyasıdır.

Maraqlıdır, bütün bu proseslər baş verərkən Azərbaycan Dəmir Yollarının rəsmiləri – xüsusilə də Rövşən Rüstəmov – hadisələri hansı rakursdan izləyib? Rüşvət deyə bilmərik, təsadüf deyək… Amma belə təsadüflər yalnız dəmir yolunda yox, Holivud filmlərində olur.

Sakinlərin sözlərinə görə, kafe tikintisi elə mühafizə zonasının içində “çiçəklənərkən”, nəzarət qurumları ya çox məşğul olub, ya da tikintini drone ilə belə görməyəcək qədər “uzaqda qalıb”.

Hazırda əsas sual budur:

– Mühafizə zonasında kafe tikilməsinə icazə verən sehrli qüvvə kimdir? – Rövşən Rüstəmov niyə buna göz yumub, yoxsa gözləri tam təsadüfən bağlanıb?

Cavab verən yoxdur. Amma Xırdalandakı kafe tikintisi “Azərbaycan rekordları” kitabına düşməyə namizəddir: “Dəmir yolunun içində tikilib, amma heç kim görməyib.” - 

“MediaFaktAz”

Mövzular:
Xırdalan Stansiyasının dəmir yolunun mühafizə zonasının tam mərkəzi kafe tikintisi

Digər Xəbərlər