Bu küçəni zibil BÜRÜYÜB…
Yevlax şəhərinin Xəlil Rza Ulutürk küçəsində məişət tullantılarının vaxtında təmizlənməməsi sakinlərin ciddi narazılığına səbəb olub.
Ajans.az-a daxil olan məlumatda deyilir ki, küçənin müəyyən hissələrinin zibil ilə örtülməsi, tullantıların ətrafa səpələnməsi və xoşagəlməz mənzərənin yaranması əksini tapıb.
Ərazidə zibil qutusu olsa da, tullantıların toplanması mütəmadi aparılmır. Bununla yanaşı, bəzi vətəndaşların məişət tullantılarını qutudan kənara atması vəziyyəti daha da ağırlaşdırır. Nəticədə küçədə həm antisanitar şərait yaranır, həm də ətraf mühitin çirklənməsi müşahidə olunur.
Şikayətçilər bildirirlər ki, məsul qurumlar tərəfindən zibilin vaxtında daşınmaması problemlərin davam etməsinə gətirib çıxarır. Onlar aidiyyəti təşkilatlardan ərazidə təmizlik işlərinin gücləndirilməsini və tullantıların vaxtında yığılmasını tələb edirlər.
