Malayziya sosial media istifadəçiləri üçün yaş məhdudiyyəti tətbiq edəcək
Malayziya 2026-cı ildən etibarən 16 yaşdan kiçik istifadəçilərin sosial media hesabı açmasını qadağan etməyi planlaşdırır.
Ajans.az New Straits Times-a istinadən xəbər verir ki,rabitə naziri Fəhmi Fadzil bildirib ki, rəqəmsal platformalarda istifadəçilərin yaşını təsdiqləyəcək eKYC (elektron identifikasiya sistemi) olmalıdır. Hökumət xidmətlərin gələn ilin əvvəlində lazımi tədbirləri həyata keçirməyə hazır olacağını gözləyir.
Nazir əlavə edib ki, qarşıdakı aylarda hökumət yaş yoxlamasının tətbiqi, icra mexanizmi və digər təfərrüatları platformalar və vətəndaş cəmiyyəti təşkilatları ilə müzakirə edəcək.
Mövzular: