Reklam resmi
Reklam resmi

Bakı-Qazax yolunda nəqliyyat sıxlığı

Bakı-Qazax yolunda nəqliyyat sıxlığı
Cəmiyyət

Bakı-Qazax yolunun 104-cü kilometrində, paytaxt istiqamətində aparılan təmir işləri ilə əlaqədar yaranmış sıxlığın aradan qaldırılması istiqamətində YPX əməkdaşları tərəfindən zəruri bütün tədbirlər görülür.

Bu barədə Ajans.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, yol sahəsinə əlavə naryad qrupları ayrılıb. YPX əməkdaşları hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə gücləndirilmiş rejimdə xidmət aparırlar.

Mövzular:
DİN Bakı-Qazax yolu YPX Sıxlıq

Digər Xəbərlər