Reklam resmi
Reklam resmi

Rəqsanə onlara xəbərdarlıq etdi - “İctimaiyyəti çaşdırmayın”

Rəqsanə onlara xəbərdarlıq etdi - “İctimaiyyəti çaşdırmayın”
Cəmiyyət

"Bəzi səhifələrə və özünü “media” kimi təqdim edən profillərə rəsmi xəbərdarlıq edirəm".

Ajans.az xəbər verir ki, bunu müğənni Rəqsanə İsmayılova instaqram hesabındakı paylaşımında bildirib. "Mən heç bir sosial platformada çıxış etməmişəm və yeni video çəkməmişəm. Hazırda bəzi səhifələr mənim köhnə videolarımı yeni material kimi paylaşaraq izləyici və piar qazanmağa çalışırlar.

Bildirirəm ki, bu kimi halların hamısı tərəfimdən müvafiq qaydada şikayət olunacaq. Zərurət yarandığı təqdirdə aidiyyəti dövlət qurumlarına da rəsmi müraciətlər ediləcək.Xahiş edirəm, şəxsi məzmunumdan icazəsiz istifadə etməyin və mənim adımla ictimaiyyəti çaşdırmayın".

Mövzular:
müğənni Rəqsanə

Digər Xəbərlər