İslam Əkbərov evində ÖLÜ TAPILDI
Şahbuz rayonunda evdən meyit tapılıb.
Ajans.az xəbər verir ki, hadisə rayonun Şada kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü Əkbərov İslam Sarı oğlunun meyiti yaşadığı evdən tapılıb.
İlkin məlumata görə, evdə tək olan İ.Əkbərovu infakt vurub və onun meyiti 2 gün sonra tapılıb.
Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır. (Mənbə:Lent.az)
Mövzular: