Reklam resmi
Reklam resmi

Pakistanda kimya zavodunda partlayış: 16 nəfər həlak olub

Pakistanda kimya zavodunda partlayış: 16 nəfər həlak olub
Dünya

Pakistanda kimya zavodunda baş verən güclü qazan partlayışı nəticəsində 16 nəfər həyatını itirib.

Ajans.az xəbər verir ki,bu barədə yerli media məlumat yayıb.

Hadisə Faysalabadın Malik Pur ərazisində qeydə alınıb. Partlayışdan sonra zavodda yanğın başlayıb, zərbənin gücü həm zavodun, həm də yaxınlıqdakı evlərin damlarının uçmasına səbəb olub.

Xilasetmə qrupları dağıntılar altından 16 nəfərin cəsədini çıxarıb, lakin daha çox insanın qalıq altında olması ehtimal edilir. Axtarış-xilasetmə işləri davam edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Pakistan hadisə partlayış

Digər Xəbərlər