Erməni ekspertlər Bakıya səfər edəcəklər
Erməni ekspertlər sabah, 21 noyabr 2025-ci il tarixində Bakıya səfər edəcəklər. Bu barədə 20 noyabrda keçirilən hökumət iclasında qərar verilib.
Ajans.az News AM-ə istinadən xəbər verir kli,hökumət 21–22 noyabr tarixlərində Bakıda keçiriləcək dəyirmi masa müzakirəsində beş erməni ekspertin iştirakını təmin etmək üçün İrəvan–Bakı və Bakı–İrəvan çarter reyslərinin təşkili üçün 17.550.000 dram vəsait ayırıb.
Qərarın əsaslandırılmasında qeyd olunur ki, dəyirmi masa müzakirəsində iştirak Ermənistan və Azərbaycandakı vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələri gücləndirəcək və iki ölkə cəmiyyətləri arasında etimadın qurulması mexanizmlərinin yaradılmasına töhfə verəcək.
Mövzular: