Qazaxıstanın müdafiə naziri əsgər ölümləri ilə bağlı sualına GÜLDÜ
Senatın qarşısında jurnalist Müdafiə Naziri Dauren Kosanovdan Qazaxıstan ordusunda əsgərlərin niyə müntəzəm olaraq öldüyünü soruşub. Lakin nazir suala cavab əvəzinə gülərək reaksiya verib.
Ajans.az Qazaxıstan KİV-nə istinadən xəbər verir.
Jurnalistin sözlərinə görə, Qazaxıstan ordusunda demək olar ki, hər ay faciəli hadisələr baş verir. Bu hadisələr sonradan intihar, meningit və ya qəza kimi rədd edilir. Eyni zamanda mərhumların anaları döyülmə və hətta zorakılıqdan danışır. Lakin nazirin sualı istehza və gülüşlə qarşılanıb.
Kosanov jurnalistin sualına cavab olaraq deyib: “Zarafat edirsiniz? Zarafat edirsiniz?” və gülüb.
View this post on Instagram
Mövzular: