Reklam resmi
Reklam resmi

Məşhur aktyor evsiz qaldığını etiraf etdi

Məşhur aktyor evsiz qaldığını etiraf etdi
Dünya

Amerikalı aktyor və ikiqat Oskar mükafatı laureatı Kevin Speysi evsiz qaldığını açıqlayıb.

Ajans.az xəbər verir ki,bu barədə o, The Telegraph-a verdiyi müsahibədə danışıb.

Speysi karyerasının cinsi təcavüz iddialarından sonra məhv olduğunu xatırladıb. İş çatışmazlığı və məhkəmə proseslərinin yüksək xərcləri səbəbindən Merilend ştatının Baltimor şəhərindəki evini itirdiyini bildirib. Aktyor 12 ildir ki, həmin evin sahibi olsa da, maliyyə çətinlikləri üzündən onu satmaq məcburiyyətində qalıb.

Müsahibədə Speysi bildirib: “Mən otellərdə yaşayıram, qısa müddətə kirayə evlər alıram. İşin olduğu yerə gedirəm. Sözün əsl mənasında evim yoxdur.”

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Oskar mükafatı Kevin Speysi

Digər Xəbərlər