Reklam resmi
Reklam resmi

Sürücülər çipsiz nömrələrə KEÇİD ETMƏLİDİR?

Sürücülər çipsiz nömrələrə KEÇİD ETMƏLİDİR?
Cəmiyyət

Xəbər verdiyimiz kimi Azərbaycanda avtomobil nömrələri ilə bağlı yeni qayda tətbiq olunur. Yeni qaydalara əsasən, dövlət qeydiyyat nişanlarında tətbiq olunan “mikroçip” elektron elementi, eləcə də rəqəm və hərflər arasındakı “defis” işarəsi ləğv edilib.

Ajans.az mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərova müraciət edib. 

Ekspertin sözlərinə görə, çipli və çipsiz nömrələr arasında xüsusi bir fərq yoxdur: 

"Köhnə çipli nömrələrlə yeni çipsiz nömrələr arasında  xüsusi bir fərq yoxdur. Sadəcə çipli nömrələr dövlət yol polisi, yol patrul xidməti əməkdaşlarının özü üçün müəyyən məlumatların əldə edilməsinə yardım edirdi. Sürücü üçün bunun hərhansı bir əhəmiyyəti yoxdur. Çünkü istənilən dövlət nömrə nişanı yollarda olan bütün texniki qurğular, kamera və radarlar vasitəsilə qeydiyyata alına bilir". 

Eldəniz Cəfərov qeyd edib ki, dövlət nömrə nişanlarında çiplərin olub-olmaması hərəkətlərin qeydə alınmasına təsir etmir:

"Nömrədə çipin olub-olmaması hərəkətin qeydə alınmaması demək deyil. Bütün hərəkətlər həmin dövlət nömrə nişanı vasitəsilə qeydə alına bilir. Bu dəyişiklik qlobal xarakter daşımır. Sadəcə dövlət nömrə nişanlarının yenilənməsidir. Ama onların ölçüsü, forması və digər qayda-qanunlar, hamısı olduğu kimi qalır".

Son olaraq ekspert bildirib ki, yeni dövlət nömrə nişanlarına  keçid məcburi deyil: 

"Bu o demək deyil ki, bütün sürücülər nömrələrini dərhal çipsiz nömrələrə dəyişməlidir".

author picture
Tərlan Əmrahova
Mövzular:
Azərbaycan Avtomobil nömrələri Dövlət qeydiyyat nişanları

Digər Xəbərlər