Reklam resmi
Reklam resmi

Üç evdən oğurluq edən şəxs həbs olundu

Üç evdən oğurluq edən şəxs həbs olundu
Cəmiyyət

Göyçay rayonunda yerləşən evlərin birindən oğurluq edilib. Naməlum şəxs mənzildə olan 7 min manatdan artıq pul vəsaitini talayaraq ələ keçirib.

Ajans.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş 29 yaşlı Elşən Fərzəliyev saxlanılıb.

Araşdırmalarla E.Fərzəliyevin rayon ərazində yerləşən daha iki evdən də oğurluq etdiyi müəyyən olunub.  

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Mövzular:
Göyçay oğruluq

Digər Xəbərlər