Reklam resmi
Reklam resmi

Dəhşətli QƏZA - 2 nəfər ÖLDÜ

Dəhşətli QƏZA - 2 nəfər ÖLDÜ
Hadisə
432

Göygöldə ağır yol qəzasının görüntüləri yayıldı, 2 nəfər öldü.

Ajans.az xəbər verir ki, Göygöl rayonunda iki nəfərin həyatını itirdiyi ağır yol-nəqliyyat hadisəsinin video görüntüləri yayılıb. Kadrlarda qəzanın hansı səbəbdən baş verdiyini əks etdirən anlar aydın görünür.

Hadisə Gəncə Şəmkir yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza nəticəsində avtomobildə olan 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və sürücü – 1990-cı il təvəllüdlü Əhliman Abdi Ramiz oğlu aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

author picture
Zərif Sofiyeva
Mövzular:
Göygöl rayonu Yol qəzası Gəncə - Şəmkir yolu

Digər Xəbərlər