Reklam resmi
Reklam resmi

Azərbaycanın Gürcüstandan avtomobil idxalı AZALIB

Azərbaycanın Gürcüstandan avtomobil idxalı AZALIB
İqtisadiyyat

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan 6 771 ədəd minik avtomobili idxal edib.

Ajans.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.

Nəqliyyat vasitələrinin dəyəri 181 milyon ABŞ dollarına bərabər olub.

Ötən ilin eyni dövrünə nisbətdə avtomobillərin sayı 4 414 ədəd və yaxud 39,4% azalıb.

Hesabat dövründə Gürcüstandan ümumilikdə 2,28 milyard ABŞ dolları dəyərində 92 713 ədəd minik avtomobili ixraca yönəldilib. Bunun 7,3%-i Azərbaycanın payına düşüb.

Mövzular:
Azərbaycan Gürcüstan avtomobil

Digər Xəbərlər