Məhşur müğənni kreditə görə məhkəməyə verildi
Rusiyanın Xalq Artisti Filip Kirkorov gecikmiş kredit borcuna görə məhkəməyə verilib. Bank ifaçıdan 12 milyon rublun ödənilməsini tələb edir.
Ajans.az xəbər verir ki,bu barədə TASS müğənninin vəkili Roman Kuzminə istinadən məlumat yayıb.
Məlumata görə, Kirkorov bir vaxtlar MKB bankından çoxmilyonluq kredit götürüb. Daha sonra əlavə vəsaitə ehtiyacı yarandıqda iddia “Socium-Trade” şirkətinə yönəldilib və MKB 2022-ci ildə şirkətin korporativ tədbirində çıxış edəcəyi təqdirdə 12 milyon rubl borcu siləcəyini vəd edib. Lakin illər sonra müğənni yenidən məhkəmə iddiası ilə üzləşib.
“Abzats” portalına açıqlama verən vəkil Roman Kuzmin bildirib ki, Kirkorovun gecikmiş kredit üzrə borcu hazırda 50 milyon rubla çatıb: “Filip Bedrosoviç danışıqlar aparmışdı və bank borcun bağlanacağını demişdi. İndi isə birdən-birə bu 12 milyonluq məhkəmə iddiası ilə üzləşirik. Üç il ərzində onlar əsas məbləğin üçqatı qədər faiz hesablayıblar. Ümumi borc 50 milyona çatıb”.
Bundan əvvəl məlumat verilmişdi ki, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin Filip Kirkorovun Yeni il korporativ tədbirlərində və ya tamaşalarında iştirak etməyəcəyini açıqlayıb.