Dəmir yolunda hücum: Rusiyanın izləri iddia olunur
Polşa kəşfiyyat orqanları 16 noyabrda Ukraynaya yardım daşımalarında istifadə olunan dəmir yolu xəttində baş verən partlayışlarda Rusiyanın mümkün iştirakını iddia edir.
Ajans.az xəbər verir ki,bu barədə Qərb mediası Polşa Təhlükəsizlik Nazirinin sözçüsü Yaçek Dobrjinskinin açıqlamasına istinadən məlumat yayıb.
Dobrjinskinin sözlərinə görə, ilkin məlumatlar hadisənin Rusiyaya bağlı qüvvələr tərəfindən həyata keçirilmiş terror aktı olduğunu göstərir: “Hər şey Rusiyaya işarə edir. Artıq bunu Şərqdən olan kəşfiyyat xidmətləri tərəfindən başladılan terror hücumu adlandıra bilərik”.
O qeyd edib ki, Polşada dəmir yolu infrastrukturu ilə bağlı baş vermiş iki hadisə üzrə aparılan istintaqın effektivliyini təmin etmək üçün hazırkı mərhələdə məlumatlar məxfi saxlanılmalıdır.
“Zabitlərin hansı mərhələdə olduğunu, hazırda nə üzərində işlədiklərini, hansı istiqamətləri birləşdirdiklərini və ya hansı məlumatları təhlil etdiklərini açıqlaya bilmərəm. Rusiya kəşfiyyat xidmətləri bu cür məlumatlara sahib olmaq istərdi”, – deyə Dobrjinski əlavə edib.