Reklam resmi
Reklam resmi

Köhnə və istifadəsiz avtomobillər üçün RAHAT ÇIXIŞ YOLU

Köhnə və istifadəsiz avtomobillər üçün RAHAT ÇIXIŞ YOLU
Cəmiyyət

İstifadəsiz qalan avtomobillərin qeydiyyatdan çıxarılması – sadələşdirilmiş prosedur.

Ajans.az xəbər verir ki, bu barədə DİN BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev məlumat verib. Uzun müddətdir işlək vəziyyətdə olmayan, istifadəsiz qalan və faktiki olaraq yararsız hala düşmüş nəqliyyat vasitələrinin qeydiyyatdan çıxarılması sadələşdirilmiş qaydada həyata keçirilir.
Əgər həyətinizdə, qarajınızda və ya saxlanma yerinizdə illərdir istifadə olunmayan avtomobil varsa və onun adınızda qalmasına ehtiyac duymursunuzsa, Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməklə həmin nəqliyyat vasitəsinin qeydiyyatını operativ şəkildə ləğv etdirə bilərsiniz.
Müraciət zamanı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının (hər ikisi və ya onlardan biri) və qeydiyyat şəhadətnaməsinin təqdim olunması kifayətdir. Prosedur qısa zamanda icra olunur və əlavə vaxt itkisinə səbəb olmur.
Qeyd edək ki, istifadəsiz və yararsız vəziyyətdə qalan avtomobillər zamanla yağ və digər texniki mayelərin sızması, akkumulyator turşusunun axması, eləcə də paslanma və korroziya prosesləri nəticəsində torpağa və ətraf mühitə zərər vurur. Bundan başqa, belə nəqliyyat vasitələri yaşayış ərazilərində xoş olmayan görüntü yaradır və ümumi nizam-intizama mənfi təsir göstərir.

author picture
Murad Əliyev
Mövzular:
İstifadəsiz avtomobillər qeydiyyat

Digər Xəbərlər