Reklam resmi
Reklam resmi

Əbülfəs Qarayev 69 yaşını Londonda qeyd etdi

Əbülfəs Qarayev 69 yaşını Londonda qeyd etdi
Cəmiyyət

Noyabrın 13-ü sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin 69 yaşını Bakıda dəbdəbəli ad günü məclisi ilə qeyd etməsi barədə məlumatlar yayılıb.

Ajans.az xəbər verir ki, manset.az yayılan məlumatla bağlı Əbülfəs Qarayevlə əlaqə saxlayıb.

Keçmiş nazir iddiaları təkzib edərək hazırda ölkə xaricində olduğunu bildirib: “Mən hazırda Azərbaycanda deyiləm. Bir həftədir Londondayam. Burada mühazirəm olacaq, ona görə də İngiltərəyə gəlmişəm. Burada indi saat 6-dır, indi yuxudan oyanmışam”.

Qeyd edək ki, Ə.Qarayev 2006-2020-ci illərdə mədəniyyət naziri vəzifəsində çalışıb.

Mövzular:
Əbülfəs Qarayev London ad günü

Digər Xəbərlər