Reklam resmi
Reklam resmi

Ağır qəza- YARALILAR VAR

Ağır qəza- YARALILAR VAR
Hadisə

Lənkəran rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Ajans.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. 

"VAZ-2107" markalı nəqliyyat vasitəsi Astara rayon Siyəkü kənd sakini, 1976-cl il təvəllüdlü Habil Gülağa oğlu Zahirovun idarə etdiyi "DAF" markalı ağır tonajlı yük avtomobili ilə toqquşub. 

Hadisə nəticəsində "VAZ-2107" markalı nəqliyyat vasitəsində olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Lənkəran rayonu yol qəzası Yaralılar

Digər Xəbərlər