Reklam resmi
Reklam resmi

İmişlidə karxanada bədbəxt hadisə: Ölən var

İmişlidə karxanada bədbəxt hadisə: Ölən var
Hadisə

İmişlidə yerləşən çınqıl karxanasında bədbəxt hadisə baş verib.

Ajans.az Oxu.Az-a istinadən xəbər verir ki, Sabirabad rayon sakini, 1966-cı il təvəllüdlü Mansur Həsənov yük maşınına çınqıl yükləyən zaman ekskavatorun ön hissəsi onun başına dəyib.

Nəticədə M.Həsənov ağır xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
karxana İmişli

Digər Xəbərlər