"Səs" qəzeti fəaliyyətini dayandırır?
Qəzetin bağlanmasından söhbət gedə bilməz.
Ajans.az xəbər verir ki, bu barədə qəzetin baş redaktoru Bəhruz Quliyev bildirib.
Sadəcə olaraq, restrukturizasiya və optimallaşdırma ilə bağlı kollektivlə müzakirələr aparılıb. Qəzetin həftədə bir dəfə nəşri rejiminə keçməsi nəzərdə tutulur. İstər-istəməz gündəlik qəzetin həftəlik nəşrə keçməsi kollektivin azaldılmasını zəruri edir.
“Səs” qəzeti tarixi qəzetdir, dövlətçiliyin ideoloji əsaslarını yaratmış bir məktəbdir, arxivdir. Hesab edirəm ki, bu qəzet fəaliyyətini davam etdirəcək. “Səs” Media Qrupu da öz işinə davam edir və bu qərarın media qrupuna heç bir aidiyyatı yoxdur.
Qəzetə gəlincə, yanvar ayından etibarən həftədə ən azı bir dəfə, maliyyə resurslarımız araşdırıldıqdan sonra isə, ola bilsin ki, iki dəfə çap edilsin.
Bunu mediaya açıqlamasında “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev bildirib.