Bu ərazinin qazı KƏSİLƏCƏK
Sumqayıt şəhərinin Ceyranbatan asfalt zavodu ərazisində yeraltı qaz xətlərində sızma aşkarlanıb.
Ajans.az xəbər verir ki, bu barədə "Azəriqaz"dan məlumat verilib. Problemin aradan qaldırılması məqsədilə noyabrın 14-ü saat 11:00-dan etibarən 1 000 abonentin qaz təchizatı dayandırılacaq.
Məlumata görə, qaz verilişi təmir-bərpa işləri başa çatdıqdan sonra yenidən bərpa olunacaq.
Mövzular: