Türkiyənin Xorvatiyaya göndərdiyi təyyarə ilə ƏLAQƏ KƏSİLDİ
Türkiyənin Baş Meşəçilik İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsi ilə əlaqə kəsilib.
Ajans.az bildirir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi məlumat yayıb.
Məlumata görə, texniki xidmətin göstərilməsi məqsədilə Xorvatiyaya göndərilən iki ədəd yanğınsöndürmə təyyarəsindən biri ilə rabitə əlaqəsi qurmaq mümkün olmayıb.
Əlaqənin kəsildiyi təyyarənin tapılması üçün Xorvatiyadakı müvafiq qurumlarla koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanıb.
View this post on Instagram
Mövzular: