Paşinyan: “Ermənistan konkret bir ölkənin cibində idi.”
Ermənistanın Baş naziri Nikol Paşinyan 13 noyabrda parlamentdə 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edərək, Qarabağdan danışıb.
Ajans.az Ermənistan KİV-lərə istinadən xəbər verir.
Paşinyan bildirib ki, Ermənistan özünü bir konkret ölkənin "cibində" tapmış və bu vəziyyət Qarabağ məsələsi vasitəsilə formalaşmışdı. “Başqa səbəblər və izahatlar yoxdur. Müxalifətin millət vəkili orduda başqa ölkənin agentlərindən danışır. Amma əgər bu mövzunu dəqiqliklə qiymətləndirmək istəyiriksə, gəlin 2018-ci ildən etibarən həmin ölkənin agentləri olan və olmayanların siyahısını tərtib edək. 2018–2022-ci illərdə ordunun sosial psixologiyası və düşüncə tərzi agentlərinin təsiri altında idi. Orduda suveren iradə mərkəzi yox idi. Bu, hər kəsin belə olduğunu demək deyil; mən atmosferdən, əhval-ruhiyyədən və qavrayışdan danışıram”, – Paşinyan qeyd edib.
Baş nazir əlavə edib ki, Ermənistan tələdən çıxaraq əhəmiyyətli işlər görüb. “Niyə 2018-ci ildə güzəştə getmədik? İlin sonuna qədər bu məsələni bağlayacaq və danışıqlar paketlərini dərc edəcəyik."
Amma onlar (Rusiya) Ermənistanın suverenliyini və müstəqilliyini bizdən tələb edib ələ keçirmək istəyirdilər. Bu, belə formalaşdırılmamışdı. Ermənistan müstəqilliyinin əvvəllərindən bu günədək tədricən bu vəziyyətə gətirilib”, – deyə Paşinyan çıxışını yekunlaşdırıb.