Reklam resmi
Reklam resmi

Ajans.az İŞIQLANDIRDI- Goranboyda problem həllini TAPDI

Ajans.az İŞIQLANDIRDI- Goranboyda problem həllini TAPDI
Cəmiyyət

Ötən gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində içməli suyun küçəyə axması ilə bağlı yayılan məlumatdan sonra məsələ nəzarətə götürülüb.

Ajans.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi tərəfindən problemin aradan qaldırılması məqsədilə əraziyə texnika və müvafiq briqadalar cəlb olunub. Hazırda küçə boyunca qazıntı və təmir-bərpa işləri aparılır.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, su sızmasının səbəbi istismar müddətini başa vurmuş içməli su xətləridir. Agentliyin mütəxəssisləri köhnə xətləri mərhələli şəkildə yeniləri ilə əvəz edirlər.

Qısa müddətdə təmir işlərinin yekunlaşdırılması və əhalinin içməli su təminatının sabitləşdirilməsi nəzərdə tutulur.

author picture
Zərif Sofiyeva
Mövzular:
Goranboy yollar problem su yolları

Digər Xəbərlər