Reklam resmi
Reklam resmi

Sarkozinin məhkəmə prosesi 2026-cı ildə başlayacaq

Sarkozinin məhkəmə prosesi 2026-cı ildə başlayacaq
Dünya

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin seçki kampaniyasının Liviyanın maliyyələşdirilməsi işi üzrə apelyasiya prosesi 16 mart 2026-cı il tarixində başlayacaq.

Ajans.az xəbər verir ki,bu barədə Paris Apelyasiya Məhkəməsinin kommünikesində məlumat verilib.

Kommünikedə bildirilib: "Liviyanın maliyyələşdirilməsi işi üzrə Apelyasiya Məhkəməsi tərəfindən 16 mart - 3 iyun 2026-cı il tarixlərində baxılacaq."

Qeyd olunur ki, işə məhkəmənin İslah Palatasında baxılacaq.

Sarkozi 2007–2012-ci illərdə Fransa prezidenti olub. O, 25 sentyabr 2025-ci ildə Liviyanın maliyyələşdirilməsi işində cinayətkar qruplaşma ilə əlaqədə günahkar bilinib, lakin dövlət vəsaitlərinin mənimsənilməsi və passiv korrupsiya ittihamlarından bəraət alıb. Məhkəmə isə 2007-ci il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsinə dair heç bir dəlil tapmayıb.

Keçmiş prezident beş il müddətinə azadlıqdan məhrum edilib. 21 oktyabrda o, Parisin 14-cü rayonundakı Sante Həbsxanasında tək kamerada cəzasını çəkməyə başlayıb və orada 21 gün keçirib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Fransa Nikola Sarkozi

Digər Xəbərlər