Reklam resmi
Reklam resmi

Avropa Komissiyası Ukraynaya 6 milyard avro kredit verəcək

Avropa Komissiyası Ukraynaya 6 milyard avro kredit verəcək
Dünya

Avropa Komissiyası Ukraynaya təxminən 6 milyard avro kredit ayıracaq. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen açıqlama verib.

Ajans.az xəbər evrir ki,kredit Ukrayna ERA və Ukrayna Mexanizmi çərçivəsində iki il, yəni 2026 və 2027-ci illərdə ödəniləcək maliyyə ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub.

Fon der Leyen bildirib: "Avropa Şurasının Ukraynanın maliyyə ehtiyaclarını növbəti iki il üçün ödəmək öhdəliyini alqışlayıram."

Aİ rəhbəri kreditlərin maliyyələşdirilməsi üçün üç variant təklif edib:

  1. Büdcə ehtiyatlarından kapital bazarlarında vəsait toplamaq;
  2. Aİ üzv dövlətlərinin lazımi kapitalı toplaması üçün hökumətlərarası razılaşma əldə etmək;
  3. Dondurulmuş Rusiya aktivlərindən “təzminat krediti” forması ilə istifadə etmək.

Fon der Leyen qeyd edib ki, üçüncü variant — Rusiya tərəfindən Ukraynaya təzminat ödənməsi halında kreditlərin geri qaytarılması — Ukraynanın müdafiəsi və iqtisadiyyatının dəstəklənməsi üçün ən effektiv yol hesab olunur.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Avropa Komissiyası Ukrayna

Digər Xəbərlər