Reklam resmi
Reklam resmi

Reper P. Diddy-nin azadlığa buraxılması təxirə salındı

Reper P. Diddy-nin azadlığa buraxılması təxirə salındı
Dünya

Amerikalı reper və prodüser P. Diddy (əsl adı Şon Kombs) planlaşdırıldığından daha uzun müddətə həbsxanada qalacaq.

Ajans.az Page Six portalına istinadən xəbər verir ki, dörd ildən çox həbs cəzasına məhkum edilən musiqiçinin azadlığa buraxılma tarixi 2028-ci ilin mayından iyun ayına keçirilib. Təxirə salınmanın səbəbi hələlik açıqlanmayıb.

Xatırladaq ki, 3 oktyabrda Nyu-York məhkəməsi Kombsu fahişəlik məqsədilə insan daşımaqda günahkar bilərək dörd ildən çox müddətə azadlıqdan məhrum edib.

Məhkəmə prosesi zamanı müdafiə tərəfi 14 aylıq həbs cəzası, prokurorlar isə 11 ildən artıq azadlıqdan məhrumetmə tələb etmişdilər.

İyul ayında münsiflər heyəti reperi fahişəlik məqsədilə insan daşımaqda iki maddə üzrə günahkar bilsə də, onu reketçilik və insan alveri kimi daha ağır ittihamlarda günahsız hesab edib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
P. Diddy ABŞ

Digər Xəbərlər