Reklam resmi
Reklam resmi

Ağstafa Dəmiryolu Stansiyasında təhlükəli vəziyyət

Ağstafa Dəmiryolu Stansiyasında təhlükəli vəziyyət
Cəmiyyət
1373

Ağstafa dəmiryolu stansiyasında təhlükəli vəziyyət barədə qaynar xəttimizə video kadrlar göndərilib.

Ajans.az-ın məlumatına görə, görüntülərdən də aydın olur ki, stansiyanın yerləşdiyi ərazidə sərnişinlər və yaxınlıqda yaşayan sakinlər birbaşa relslərin üzərindən keçərək qarşı tərəfə keçirlər. Yerüstü keçid stansiyanın qarşısında yox təxminən 100 metr uzaqlıqda yerləşir. Və görünür elə bu məqsədlə də Dəmiryolu rəsmiləri piyadaların relslərin üzərindən gediş-gəlişinə göz yumurlar. Sakinlər bildirir ki, keçid əlverişsiz yerdə tikilib.

Burada insanların instensiv istifadə etdiyi ərazidə keçid yoxdur və hamı məcbur həyatını təhlükə altına altına ataraq qarşı tərəf keçməli olur. Relslərin üzərindən keçərək gediş-gəliş üçün məlum  "şərait" də yaradılıb. Qapı sayıla bilən kiçik dəmirlər bağlı olsa da buradan keçib getmək o qədər də çətin deyil. Bundan əlavə insanların həyatını təhlükə altına ataraq dəmiryolu relsləri üzərindən gedib - gəlməsi heç kəsi narahat etmir. Ərazi nəzarətsizdir. Bu isə həm piyadaların həm də qatarların hərəkəti üçün ciddi təhlükə yaradır. Nəzarətsizliyin hökm sürməsi qatarların hərəkəti zamanı istənilən hadisə baş vermə ehtimalını artırır.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Bakı-Ağstafa qatar təhlükəli vəziyyət

Digər Xəbərlər