Reklam resmi
Reklam resmi

Millimiz Avropa çempionatının seçmə mərhələsinə MƏĞLUBİYYƏTLƏ start verdi

Millimiz Avropa çempionatının seçmə mərhələsinə MƏĞLUBİYYƏTLƏ start verdi
İdman

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Ajans.az xəbər verir ki, 13-cü qrupda mübarizə aparan yığmamız Maltanın Ta Qali şəhərində Çexiya U-19 komandası ilə qarşılaşıb.

"Sentenari" stadionunda keçirilən görüş Çexiya millisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin yeganə qolunu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.

Qeyd edək ki, U-19 millimiz qrupdakı növbəti oyununu noyabrın 15-də Şimali İrlandiya yığmasına qarşı keçirəcək.

Mövzular:
Avropa çempionatı

Digər Xəbərlər