Reklam resmi
Reklam resmi

Goranboyda su illərdir küçəyə AXIR…

Goranboyda  su illərdir küçəyə AXIR…
Cəmiyyət

Goranboy rayonunun Ağcakənd qəsəbəsində sakinlər uzun müddətdir küçələrdə suyun boş yerə axmasından narazılıq edirlər.

Ajans.az-ın əldə etdiyi məlumata görə, qəsəbə sakini Mübariz Hacılı bildirib ki, artıq iki ilə yaxındır qəsəbənin daxili küçələrindən birində su fasiləsiz şəkildə axaraq həm həyətləri, həm də yolu yararsız vəziyyətə salır. Su axını nəticəsində küçə palçıq içində qalır, sakinlərin gediş-gəlişi çətinləşir.

“İki ildir bu problem davam edir. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, amma heç bir tədbir görülmür. Küçə palçığa dönüb, evlərə su dolur,”-deyə sakinlər  bildirib.

Sakinlər problemin tezliklə aradan qaldırılması, su sızmasının qarşısının alınması və yolun bərpası üçün aidiyyəti qurumlardan tədbir görülməsini tələb edirlər.

Qeyd edək ki, Goranboy rayonunun Ağcakənd qəsəbəsində uzun illərdir ki, Xocalıdan olan keçmiş məcburi köçkünlər müvəqqəti məskunlaşıb.

author picture
Zərif Sofiyeva
Mövzular:
Goranboy rayonunun Ağcakənd qəsəbəsi küçələrdə suyun boş yerə axması

Digər Xəbərlər