Reklam resmi
Reklam resmi

Şəhidlər xiyabanı baxımsız VƏZİYYƏTDƏ

Şəhidlər xiyabanı baxımsız VƏZİYYƏTDƏ
Cəmiyyət

Bərdədə şəhid ailələri Şəhidlər xiyabanının təmirsiz və baxımsız vəziyyətdə olmasından narazılıq edirlər.

Ajans.az-ın əldə etdiyi məlumata görə, onların sözlərinə görə, birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş şəxslərin dəfn edildiyi ərazi uzun müddətdir ki, uçub-dağılmaq üzrədir və bərpa olunmur.

Şəhid ailələri bildiriblər  ki, illərdir bu məsələnin qaldırılmasına baxmayaraq, heç bir ciddi tədbir görülməyib. Xiyabanda döşəmə və məzar daşlarının dağılması, habelə abadlıq işlərinin aparılmaması şəhidlərin ailələrini ciddi narahat edir.

Onlar aidiyyəti dövlət qurumlarından şəhidlərin xatirəsinə hörmət əlaməti olaraq xiyabanın yenidən təmir-bərpa olunmasını və ərazidə lazımi abadlıq işlərinin görülməsini tələb edirlər.

author picture
Zərif Sofiyeva
Mövzular:
Şəhidlər xiyabanı Bərdə təmirsiz və baxımsız vəziyyət

Digər Xəbərlər