Reklam resmi
Reklam resmi

Qatarının sürücüsü sükan arxasında yuxuya gedib- VİDEO

Qatarının sürücüsü sükan arxasında yuxuya gedib- VİDEO
Dünya

Kaliforniyada yüngül dəmir yolu qatarının sürücüsünün idarəetmə zamanı yuxuya getməsi təhlükəli vəziyyətə səbəb olub. Hadisə 24 sentyabrda, San Fransisko Bələdiyyə Nəqliyyat Agentliyinə (SFMTA) məxsus Muni qatarının Sunset tunelində hərəkətdə olduğu vaxt baş verib.

Ajans.az Daily Mail-ə istinadən xəbər verir ki,müşahidə kameralarının görüntülərində sürücünün bir müddət sonra başının geriyə əyildiyi, oyaq qalmaq üçün çətinlik çəkdiyi və təxminən bir dəqiqə yarım müddətində yuxu ilə mübarizə apardığı görünür. O, qısa müddətlik özünə gəlsə də, az sonra yenidən gözlərini yumur.

Qatar bir neçə dəqiqə sonra tuneldən keçərkən saatda 50 mil (təxminən 80 km/saat) sürətlə hərəkət edib. Sərnişinlər isə sürücünün vəziyyətindən tamamilə xəbərsiz olublar.

Tunelin sonunda qatar gün işığına çıxdıqda qəfil yellənməyə başlayıb, nəticədə sərnişinlər və sürücü divarlara çırpılıb. Toqquşmadan bir qədər əvvəl operator qəfil oyanaraq idarəetməni bərpa edib və qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşmanın qarşısını son anda alıb.

Qatar relsdən çıxmasa da, Duboce prospekti və Noe küçəsi arasındakı planlaşdırılan dayanacaqdan kənara çıxaraq dayana bilib.

Hadisədən dərhal sonra özünə gələn sürücü çaşqın sərnişinləri sakitləşdirməyə çalışıb.

Məlumata görə, insident nəticəsində ciddi xəsarət alan olmayıb, lakin SFMTA hadisə ilə bağlı araşdırma başladıb.

Начало формы

Конец формы

 

 

@dailymail Shocking video shows a California light-rail train furiously jerking back and forth as its 'fatigued' operator appeared to nod off at the controls. The terrifying incident unfolded when a San Francisco Municipal Transportation Agency (SFMTA) driver allegedly fell asleep while piloting a crowded Muni train through the city's Sunset Tunnel. Surveillance footage showed the operator's head tipping back about a minute and a half into the ride as she visibly struggles to stay awake. #news #usa #train #sleep ♬ original sound - Daily Mail

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ qatar

Digər Xəbərlər