Reklam resmi
Reklam resmi

Tac-Mahal Görünməz oldu

Tac-Mahal Görünməz oldu
Gündəm

Hindistanın bir çox şəhərində zəhərli duman qatı yaranıb.

Ajans.az xəbər verir ki, bu haqda “İndia News” məlumat yayıb.

Bildirilib ki, YUNESKO-nun dünya irsi abidələri siyahısında olan Tac-Mahal məbədi belə dumandan görünmür. Məbədi görmək üçün Aqraya gələn turistləri zəhərli duman qarşılayıb.

Ölkənin Mərkəzi Çirklənmə Nəzarət Şurasının (CPCB) məlumatlarına görə, havada zəhərli qazların çoxalması ilə birlikdə rütubət səviyyəsi də artıb ki, bu da güclü dumanın yaranmasına səbəb olur.

Qatı dumanın bazar ertəsinə qədər davam edəcəyi gözlənilir.

Mövzular:
Hava kirliliyi

Digər Xəbərlər