Hakan Fidan: "Axtarış-xilasetmə işlərini yaxından izləyirik"
Türkiyənin xarici işlər naziri Hakan Fidan Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsində həlak olan şəxsi heyət üçün başsağlığı verib.
Ajans.az xəbər verir ki, bu barədə XİN başçısı özünün "X" hesabında məlumat verib.
H.Fidan axtarış-xilasetmə işlərinin Gürcüstan hökuməti ilə əməkdaşlıq çərçivəsində yaxından izlənildiyini bildirib.
"Azərbaycandan qayıdarkən qəzaya uğrayan hərbi yük təyyarəsi ilə bağlı Gürcüstan hökuməti ilə birlikdə axtarış-xilasetmə işlərini yaxından izləyirik. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə isə səbr diləyirəm. Əziz millətimə başsağlığı verirəm", - H.Fidan yazıb.
Azerbaycan’dan ülkemize dönüş yolunda düşen askeri kargo uçağımıza ilişkin yürütülen arama kurtarma çalışmalarını, Gürcistan makamlarıyla birlikte yakından takip ediyoruz. Şehitlerimize Allah’tan rahmet, ailelerine ve yakınlarına sabır diliyorum. Aziz milletimizin başı sağ…
— Hakan Fidan (@HakanFidan) November 11, 2025