Reklam resmi
Reklam resmi

Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib
Gündəm

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğluna başsağlığı verib.

Ajans.az xəbər verir ki, bu barədə MN-dən bildirilib.

Başsağlığında deyilir: "Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".

Mövzular:
Baş Qərargah rəisi qəza Türkiyə

Digər Xəbərlər