Reklam resmi
Reklam resmi

ABŞ-da federal agentlər 1 yaşlı qıza bibər qazı atıblar

ABŞ-da federal agentlər 1 yaşlı qıza bibər qazı atıblar
Dünya

ABŞ-da yayılan videoda İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentinin içərisində 1 yaşlı körpənin olduğu avtomobilə bibər qazı atdığı iddia edilir.

Ajans.az Newsweek nəşrinə istinadən xəbər verir ki,kadrlar sosial mediada geniş rezonans doğurub və ictimai qəzəbə səbəb olub.

Görüntülərdə federal agentlərin uşağın olduğu avtomobilə yaxınlaşdığı və daha sonra bibər qazı tətbiq etdiyi anlar əks olunub. Videonun qısa müddətdə milyonlarla baxış topladığı bildirilir.

Bununla belə, ABŞ Daxili Təhlükəsizlik Departamentinin (DHS) köməkçi katibi Trisia McLaughlin sosial platforma X (keçmiş Twitter) üzərindən açıqlama yayaraq bibər qazından istifadə olunmadığını bildirib.

Newsweek nəşrinin sorğusuna cavab olaraq, DHS nümayəndələri McLaughlin-in paylaşımına və departamentin əvvəlki mətbuat açıqlamasına istinad ediblər, əlavə şərh verməkdən imtina ediblər.

Hadisə ilə bağlı araşdırmanın aparılıb-aparılmadığı hələlik məlum deyil.

 

 

 

@nowthisimpact

A 1-year-old girl was pepper-sprayed through the window of a moving vehicle by Immigration and Customs Enforcement (ICE) agents in Chicago. She was briefly hospitalized.

♬ original sound - NowThis Impact

author picture
Leyla Bayandurlu
Mövzular:
bibər qazı ABŞ

Digər Xəbərlər