Reklam resmi
Reklam resmi

Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırıldı

Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırıldı
Cəmiyyət

Bakı-Qazax magistral yolunun 90-cı kilometrindən başlayaraq aparılan təmir işləri ilə əlaqədar olaraq yaranmış nəqliyyat sıxlığı aradan qaldırılıb.

Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, hazırda qeyd olunan istiqamətdə hərəkətin təhlükəsiz və fasiləsiz təşkili xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən davam etdirilir.

"Sürücülərdən xahiş olunur ki, yol hərəkəti qaydalarına əməl etsinlər və əks istiqamətli hərəkət zolağına çıxmasınlar", - BDYPİ-dən bildirilib.

Mövzular:
Bakı-Qazax magistral yolu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi

Digər Xəbərlər